"İnternetdə çoxlu şayiələr yazılır, amma reallıq internet deyil" - Benzema
“Real”ın hücumçusu Kərim Benzema gələcəyi ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a keçəcəyi deyilən futbolçu bunları deyib:
“Real Madrid”də olduğum hər an məni xoşbəxt edir. Mən bu klubu sevirəm. Dünən, bu gün və sabah, fikrim yalnız məşq edərək komandama kömək etməkdi. Hazırda şənbə günü olacaq matç haqda düşünürəm.
Niyə gələcək haqda danışmalıyam? Mən “Real Madrid”in futbolçusuyam. İnternetdə çoxlu şayiələr yazılır, amma reallıq internet deyil”.
Royal Türksoy







