İntizam Komitəsi Kriştiano Ronaldonun məsələsinə baxıb
Kriştiano Ronaldo qeyri-etik jestə görə cəzalanmayıb. Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl Hilal”la oyundan (0:2) sonra “Əl Nəsr”in futbolçusu rəqib azarkeşlərin “Messi, Messi” qışqırmasından sonra əlini cinsi orqanına aparmışdı.
Yerli federasiyanın İntizam Komitəsi portuqaliyalı hücumçuya heç bir cəza verməyib.
Buna səbəb o olub ki, komitə üzvləri yalnız rəsmi yayımçının təqdim etdiyi görüntülərə baxıblar. Onlar fanatların sosial şəbəkələrdə paylaşdığı videogörüntüəri nəzərdən keçirməyiblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan hüquqşünas Nuf Bin Ahmed 38 yaşlı futbolçunun davranışına görə, prokurorluğa müraciət edib. Bununla əlaqədar olaraq, Ronaldo ölkədən deportasiya oluna bilər.
ANAR ABDULLAYEV







