featured-image-30472

“İnter”in baş məşqçisi Simone İnzaqi karyerasında 3-cü dəfə İtaliya kubokunu qazanıb. Yalnız 3 mütəxəssis  – Sven-Yoran Eriksson, Massimiliano Alleqri və Roberto Mançini kubokda daha çox qalib gəliblər – hərəsi dörd dəfə.

47 yaşlı İnzaqinin aktivində 7 titul var. O, “Latsio”ya rəhbərlik edərkən bir dəfə İtaliya kubokunu (2019) və iki dəfə ölkə superkubokunu (2017, 2019) əldə edib.

Cari mövsümdə İnzaqi daha bir titul qazana bilər. İyunun 10-da “İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq.

ANAR

 

Bənzər xəbərlər