featured-image-30359

“İnter”in baş direktoru Cüzeppe Marotta baş məşqçi Simone İnzaqinin klubdakı gələcəyindən danışıb. Msport.az xəbər verir ki, o, Mançinin postunda qalacağını deyib:

“Simone İnzaqi toxunulmazdır. O, heç vaxt biz tərəfdən təzyiqə məruz qalmayıb. Gələcəkdə məşqçi kimi daha böyük uğurlar qazanacaq.

İnzaqi gələn mövsüm də bizim məşqçi olacaq. Bu 100 faiz həll olunmuş məsələdir. O, komandada qalacaq”.

İnzaqi 2021-ci ilin iyununda “İnter”ə rəhbərlik edir. Onun rəhbərliyi altında Milan klubu kubok və iki İtaliya superkuboku qazanıb.

“Nerazurri” hazırda İtaliya A seriyasında 66 xalla 3-cü yeri tuturlar. “İnter” 13 ildən sonra Çempionlar Liqasında finala yüksəlib.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər