featured-image-45276

İtaliyanın “Latsio” komandasının yeni baş məşqçisi bəlli olub.

Msport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano bildirib.

Onun sözlərinə görə, İqor Tudor bu posta təyin ediləcək. 45 yaşlı xorvatiyalı mütəxəssisin müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Tudor son olaraq Fransada “Marsel”in sükanı arxasında olub. “Latsio” martın 13-də Mauritsio Sarrini istefaya göndərib.

Bənzər xəbərlər