İran – Rusiya oyununda qalib müəyyənləşmədi
Rusiya milli komandası Tehranda İran seçməsi ilə yoldaşlıq oyunu keçirib.
Msport.az xəbər verir ki, matç “Azadi” stadionunda oynanılıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
28-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Anton Mirançuk penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb.
İran yığması 47-ci dəqiqədə hesaba tarazlıq gətirib. Mehdi Taremi penalti ilə fərqlənib.
ANAR







