featured-image-42214

İran millisinin və Portuqaliyanın “Portu” klubunun futbolçusu Mehdi Taremi karyerasını İtaliyada davam etdirəcək.

Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu mövsümün sonunda “İnter”ə keçəcək.

Forvard Milan təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. O, yayda azad agent kimi İtaliya klubuna transfer olunacaq.

Qeyd edək ki, Mehdi Taremi 2020-ci ildən “Portu”da çıxış edir. O, cari mövsüm 25 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər