İranlı futbolçu: “Siyasi məhbuslar azadlığa buraxılmalıdır”
İran millisinin və “Portu”nun futbolçusu Mehdi Taremi ölkəsində baş verən hadisələrə münasibət bildirib.
Msport.az “O Jogo”ya istinadən xəbər verir ki, hücumçu sosial şəbəkədə siyasi məhbusların azadlığa buraxılmasını tələb edib:
“Biz iranlılar hamımız azadlıq istəyirik. Siyasi məhbuslar, bu yaxınlarda baş verən etirazlar zamanı tutulanlar tez bir zamanda azadlığa çıxmalıdırlar. Onlar öz ailələrinə qovuşmalıdırlar. Bu ailələr əziyyət çəkirlər və öz yaxınlarını axtarırlar. İran xalqının xoşbəxt olmasını arzu edirəm”.







