featured-image-30520

Xavyer Tebas hesab edir ki, La Liqa irqçiliklə təkbaşına mübarizə aparır. Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, La Liqanın rəhbəri “Real”ın futbolçusu Vinisius Juniorun tənqidlərinə cavab verib:

“Prokurorluq baş verən insidentlərdə irqçilik faktını qəbul etmir. İspaniya Futbol Federasiyası isə az məbləğdə cərimə ilə kifayətlənir.

Çox vaxt təkbaşına mübarizə aparmışıq. Bizə heç kim kömək etməyib, nə Vinisius, nə “Real”, nə də başqa başqa adamlar. Tamamilə tək olmuşuq.

Biz irqçiliyə qarşı kampaniyanı davam etdirəcəyik. Bu problemi həqiqətən həll etmək üçün yetərincə səlahiyyət istəyirik. Prokurorluq işi bağlayırsa, bizə çox çətindir nəsə etmək. Onlar iddia edirlər ki, təhqirlər idman rəqabəti nəticəsində ortaya çıxır”.

ANAR 

 

Bənzər xəbərlər