featured-image-30312

Braziliya prezidenti Luis İnasio Lula da Silva “Real”ın futbolçusu Vinisius Juniora dəstək olub. Msport.az xəbər verir ki, İspaniya La Liqasının 35-ci turunun “Valensiya” – “Real” oyununda (1:0) yerli azarkeşlər braziliyalı vingeri irqçi şüarlarla təhqir ediblər. Onlar “Real”ın hücumçusuna “meymun deyiblər.

Nəticədə, matçda 8 dəqiqə fasilə yaranıb. Stadionda bununla bağlı diktor tərəfindən anons verilib.

Braziliyanın dövlət başçısı hadisəni belə qiymətləndirib: “Mən “Real”da çıxış edən gənc, qaradərili braziliyalı futbolçuya dəstəyimi bildirmək istəyirəm. Dünən “Valensiya” ilə oyunda stadionda ona “meymun” deyərək təhqir ediblər.

XXI əsrin ortalarında Avropanın bəzi stadionlarında bu cür irqçi və faşist meyillərin artması qəbul edilməzdir.

Dünyanın ən yaxşı oyunçularından birinə çevrilən futbolçu demək olar ki, getdiyi bütün stadionlarda təhqirə məruz qalır.

Mən düşünürəm ki, FİFA, İspaniya La Liqası və digər liqalar bununla bağlı ciddi addımlar atmalıdırlar. Biz irqçiliyin və faşizmin bütün stadionlara yayılmasına imkan verə bilmərik”.

ANAR 

Bənzər xəbərlər