İsko “Real” azarkeşlərindən üzr istədi
“Real”ın sabiq futbolçusu İsko Madrid klubunun azarkeşlərindən üzr istəyib. Msport.az xəbər verir ki, hazırda “Betis”in formasını geyinən yarımmüdafiəçi İspaniya La Liqasının 26-cı turunda “kral klubu” ilə matçda fərqlənib – 2:1.
32 yaşlı oyunçu qola çəkildə sevinib ki, bu da madridli tərəfdarların xoşuna gəlməyib.
“Mən “Real”ın bütün azarkeşlərindən üzr istədim. Lakin yenidən sosial media vasitəsi ilə üzr istəyirəm. “Real” klubuna çox minnətdaram, onlar hər zaman ürəyimdə olacaqlar. Həm klub, həm də azarkeşləri”. – İsko belə yazıb.
Qeyd edək ki, İsko 54-cü dəqiqədə penalti zərbəsindən fərqlənib.