İslam Slimaninin yeni klubu müəyyənləşdi
Əlcəzair millisinin sabiq futbolçusu İslam Slimaninin yeni ünvanı məlum olub.
Msport.az xəbər verir ki, 37 yaşlı hücumçu ÇFR-ə keçib.
Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb. Slimani ilə sözləşmənin detalları hələlik açıqlanmayıb.
Daha əvvəl “Fənərbağça”, “Monako”, “Lester” kimi klublarda çıxış edən Slimani son olaraq Belçikada “Vesterlo”da forma geyinib.