“İşləmək üçün 3-4 dildə danışmaq lazım olur” – Luis Enrike
PSJ-nin yeni baş məşqçisi Luis Enrike fransız dilini öyrənməyin əhəmiyyətindən danışıb.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis müasir futbolda bir neçə dil bilməyin adi norma olduğunu vurğulayıb:
“İşləmək üçün üç, ya dörd dildə danışmaq lazım olur. Müxtəlif dillərdə danışmaq müasir futbol üçün normaldır.
Yaxın vaxtlarda fransız dilini öyrənmək istəyirəm. Bəzi futbolçularla italyan, bəziləri ilə ingilis və ispan dilində ünsiyyət qura bilərəm.
Amma çox vacibdir ki, bizim kluba və Fransaya gələnlər fransız dilini öyrənsinlər”.







