featured-image-19588

İspaniyalı siyasətçi Migel Anxel Revilya portuqaliyalı hücumçu Kriştiano Ronaldonu sərt tənqid edib.

Msport.az xəbər verir ki, buna futbolçunun sevgilisi Corcina Rodriqesin ona Yeni il hədiyyəsi kimi avtomobil hədiyyə etməsi səbəb olub.

Revilya sevgilisinin Ronaldoya bahalı avtomobil hədiyyə etməsini pornoqrafiya ilə müqayisə edib:

“İndi insanlar çox çətin dövrlərdən keçir. Ronaldonun sevgilisinin ona hədiyyəsi pornoqrafiya ilə müqayisə oluna bilər. Kaş telekanallarda belə şeylər az danışılsaydı. Bir az daha təvazökar olmaq lazımdır. İnsanların indi yaşadıqlarını nəzərə alsaq, əxlaq nöqteyi-nəzərindən bu münasibət ağır pornoqrafiyaya nümunədir”.

Corcina Ronaldoya lüks “Rolls-Royce Dawn” avtomobili hədiyyə edib.

Ronaldo əvvəlki klubu “Mançester Yunayted”lə müqaviləni ləğv etdikdən sonra azad agentdir. Daha əvvəl futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə mövsümlük təxminən 500 milyon avro maaşla 2,5 illik müqavilə imzalayacağı bildirilirdi.

Bənzər xəbərlər