featured-image-42096

“Atletiko” klubunun heyətində İspaniya çempionu olan Xorxe Qriffa dünyasını dəyişib.

Msport.az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq müdafiəçi 89 yaşında vəfat edib.

Qeyd edək ki, Xorxe Qriffa 1959-1969-cu illərdə “Atletiko”nun formasını geyinib. O, paytaxt klubunun heyətində 247 matçda meydana çıxıb və 6 qol vurub. Qriffa 1966-cı ildə İspaniya çempionu olub.

Bənzər xəbərlər