featured-image-32881

21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı məlum olub. Msport.az xəbər verir ki, yarımfinalda İspaniya və Ukrayna komandaları üz-üzə gəlib.

Pireneylilər rəqibini 5:1 hesabı ilə darmadağın edərək həlledici matçda oynamaq hüququ qazanıblar. Ukraynalılar 13-cü dəqiqədə hesabı açsalar da, üstünlüklərini qoruyub saxlaya bilməyiblər.

İspaniya iyulun 8-də Batumidə keçiriləcək finalda İngiltərə ilə qarşılaşacaq.

Avropa çempionatı 

Yarımfinal 

İspaniya (U-21) – Ukrayna (U-21)

Qollar: Abel Ruis, 17, Oyan Sanset, 24, Antonio Blanko, 54, Aymar Oros, 68, Serxio Qomes, 78 –  Artyom Bondarenko, 13.

 

Bənzər xəbərlər