featured-image-52921

İspaniya futbolunda bədbəxt hadisə yaşanıb.

Msport.az xəbər verir ki, yeniyetmə oyunçu naməlum şəxsin hücumu nəticəsində həyatını itirib.

Belə ki, avqustun 18-i səhər saatlarında Toledo əyalətində baş verən faciədə üzü bağlanmış və əlində iti əşya olan cinayətkar meydanda futbol oynayan uşaqlara hücum edib. Bu zaman uşaqlar qaçmağa çalışıblar. Cionayətkar yeniyetmələrdən birinə ölümcül zərbə endirdikdən sonra hadisə yerindən uzaqlaşıb. Zərbənin təsirindən həmin yeniyetmə oyunçu həyatını itirib.

İspaniya polisi cinayətkarın axtarışına başlayıb. Cinayət törədən şəxsin psixi pozğunluğunun olduğu bildirilir.

Bənzər xəbərlər