İspaniya klubunda baş məşqçi istefası
İspaniyanın “Qranada” klubu baş məşqçisi Qilyermo Abaskalla yollarını ayırıb. Msport.az xəbər verir ki, “Qranada” Sequndada ardıcıl 4 oyundur ki, qələbə qazana bilmir. Komanda 6-cı turda öz meydanında “Malaqa” ilə heç-heçə edib – 2:2.
6 oyundan sonra 6 xal toplayan “Qranada” turnir cədvəlində 12-ci yeri tutur.
Qeyd edək ki, 35 yaşlı Abaskal 2022-ci ilin iyunundan 2024-cü ilin aprelinə kimi Moskva “Spartak”ına rəhbərlik edib.