featured-image-62070

İspaniya Kral Futbol Federasiyası (RFEF) hakimliyi tənqid edən məktubuna görə “Real”ı cəzalandıra bilər.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, qurum La Liqanın müvafiq şikayətini qəbul edib.

“Kral klubu na intizam işi açılıb. Məlumatlar toplandıqdan sonra prosedur iki-üç həftə çəkə bilər. Bundan sonra məhkəmə ya cəza təyin edəcək, ya da işə xitam verəcək.  İddiaya görə, klub ən pis halda pul cəriməsi ala bilər.

Qeyd edək ki, “Real” La Liqanın XXII turunun “Espanyol”la oyununda (0:1) hakimliklə bağlı RFEF-ə rəsmi şikayət göndərib. Klub ölkə çempionatında hakimlik sisteminin tamamilə yenidən qurulmasının vacibliyini qeyd edib.

Bənzər xəbərlər