featured-image-63390

İspaniya Kubokunda ikinci finalçı müəyyənləşib.

Msport.az xəbər verir ki, yarımfinalın ikinci cütündə “Atletiko” ilə “Barselona” qarşılaşıb.

Komandaların ilk duelində 4:4 hesabı qeydə alınmışdı. Madriddəki cavab matçında kataloniyalılar 1:0 hesablı qələbə qazanıblar. Komandanı finala daşıyan qola 27-ci dəqiqədə Ferran Torres imza atıb.

Beləliklə, “Barselona” finalda “Real”a rəqib olub. “El Klasiko” aprelin 26-da Sevilyada keçiriləcək.

Bənzər xəbərlər