featured-image-26435

“Osasuna”nın futbolçusu David Qarsiya İspaniya millisində ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, Şotlandiyaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçında meydana çıxan 29 yaşlı müdafiəçi yığmada son 17 ilin ən yaşlı debütantı olub.

Sonuncu dəfə 2006-cı ildə Xavi Navarro 32 yaş 282 günlüyündə İspaniya millisində debüt etmişdi.
Qeyd edək ki, hazırda Şotlandiya – İspaniya matçında 2-ci hissə oynanılır və hesab meydan sahiblərinin xeyrinədir – 2:0.

Bənzər xəbərlər