featured-image-26449

Futbol üzrə İspaniya milli komandası 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vura bilməyib.

Msport.az xəbər verir ki, bu, AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Şotlandiya ilə səfər matçında qeydə alınıb.

Qlazqoda keçirilən görüşdə britaniyalılar 2:0 hesablı qələbə qazanıblar. İspanlar buna qədər keçirdikləri 38 matçın hamısında fərqlənməyi bacarmışdılar.

Sözügedən komanda sonuncu dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdilər. Ondan sonrakı 38 matçda İspaniya yığması bütövlükdə 100 qol vurub.

Luis Enrikenin rəhbərlik etdiyi komanda həm də 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. İspanlar sonuncu dəfə AÇ-2016-da İtaliyaya 0:2 hesabı ilə məğlub olmuşdular.

Bənzər xəbərlər