İspaniya millisində baş məşqçi ilə yeni müqavilə
İspaniya Kral Futbol Federasiyası millinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.
Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında iyulda başa çatmalı olan müqavilə 2028-ci il Avropa çempionatının sonuna qədər nəzərdə tutulub.
63 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından İspaniya seçməsini çalışdırır. Yığma onun rəhbərliyi altında 2024-cü ildə Avropa çempionatının qalibi olub.