İspaniya millisində dörd itki
Almaniyanı məğlub edən İspaniya yığması Avro-2024-ün yarımfinal mərhələsinə yüksəlib.
Msport.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv yarımfinal oyununa ciddi itkilərlə çıxacaq. “Qırmızı furya”nın 1 futbolçusu zədə, 3-ü isə cəza səbəbindən komandaya kömək edə bilməyəcək.
Pedri Almaniya ilə matçda zədələnib. “Barselona”nın yarımmüdafiəçisi üçün Avropa çempionatı artıq başa çatıb. Roben Le Norman, Dani Karvahal və Alvaro Morata isə sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, İspaniya millisi yarımfinalda Fransa seçməsi ilə üz-üzə gələcək. Oyun 9 iyul tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.