İspaniya millisində itki
İspaniya millisi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Niko Uilyams zədə səbindən düşərgədən kənarda qalıb.
“Atletik”in hücumçunun əzələsində zədə aşkarlanıb və məşqçi heyəti onun sağlamlığını riskə atmaq istəməyib. Nikonu yığmada “Real Sosyedad”ın müdafiəçisi Serxio Qomes əvəzləyib.
Qeyd edək ki, İspaniya millisi Millətlər Liqasında Danimarka və Serbiya komandaları ilə qarşılaşacaq.