İspaniya millisinin baş məşqçisi birinci oldu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası milli komandalar üzrə 2024-cü ilin ən yaxşı baş məşqçisini açıqlayıb.
Msport.az xəbər verir ki, İspaniya yığmasının sükanı arxasında olan Luis de la Fuente ən yaxşı adına layiq görülüb.
O, 274 xal toplayıb.Argentinanın çalışdırıcısı Lionel Skaloni 148 xalla ikinci olub. İlk “üçlüy”ü Fransa millisinin baş məşqçisi Didye Deşam qapayıb – 35 xal.
Qeyd edək ki, son iki ildə bu mükafatı Skaloni qazanmışdı.