featured-image-30546

İspaniya millisinin baş məşqçisi Luis de La Fuente istefaya göndərilə bilər. Msport.az xəbər verir ki, mütəxəssis bu yanvarda keçsə də, ondan narazılıq var.

Mənbənin sözlərinə görə, de la Fuentenin yığmadakı gələcək fəaliyyəti iyunda keçiriləcək Millətlər Liqası oyunlarından asılı olacaq. Federasiya rəhbərliyi və futbolçular 61 yaşlı məşqçinin iş metodlarını bəyənmirlər.

Şotlandiyaya məğlubiyyətdən (0:2) sonra onun nüfuzu xeyli aşağı düşüb.

Qeyd edək ki, de la Fuente 2023-cü ilin yanvarında baş məşqçi postuna keçib. Onun rəhbərliyi altında yığma 5 oyun keçirib, dördündə qalib gəlib, birində uduzub.

Məşqçi ilə müqavilə 2024-cü ilin iyuluna kimi nəzərdə tutulub.

 

Bənzər xəbərlər