featured-image-25455

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə nərhələsində martın 25-də Norveç ,28-də isə Şotlandiya ilə oyunlar üçün heyəti açıqlayıb. Msport.az xəbər verir ki, bu de la Fuentenin seçmə komandanın baş məşqçisi kimi ilk oyunları olacaq.

Qapıçılar: Kepa Arrisabalaqa (Çelsi), Robert Sançes (Brayton), David Raya (Brentford).

Müdafiəçilər: Xose Qaya (Valensiya), Xose Naço, Daniel Karvahal (hər ikisi Real), Aleks Balde (Barselona), İniqo Martines (Atletik), David Qarsiya (Osasuna), Pedro Porro (Tottenhem), Emerik Laport (Mançester Siti).

Yarımmüdafiəçilər: Rodri (Mançester Siti), Fabian Ruis (PSJ), Martin Subimendi, Mikel Merino (hər ikisi Real Sosyedad), Pedri, Qavi (hər ikisi Barselona), Daniel Sebalyos (Real)

Hücumçular: Alvaro Morata (Atletiko), Daniel Olmo (Leyptsiq), Niko Uilyams (Atletik), Brayan Xil (Sevilya), Yaqo Aspas (Selta), Xoselu (Espanyol), Jerar Moreno (Vilyarreal).

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər