İspaniya millisinin sabiq üzvü karyerasını bitirdi
İspaniya millisinin sabiq üzvü Alvaro Neqdredo karyerasını bitirdiyini açıqlayıb. Msport.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında bu haqda məlumat verib. O, “hər şeyə görə, sağ ol, futbol” deyə yazıb.
Neqredo İspaniya millisinin heyətində Avro-2012-də qızıl medal qazanıb. “Real”ın yetirəməsi olan forvard karyerası ərzində “Mançester Siti”, “Sevilya”, “Valensiya”, “Kadis”, “Almeriya”, “Beşiktaş”, “Əl Nəsr”, “Midlsbro”, “Valyadolid” və “Rayo Valekano” kimi klubların şərəfini qoruyub.