İspaniya millisinin üzvü “Barselona”yla razılaşdı
“Barselona” növbəti mövsüm üçün ilk transferini gerçəkləşdirib.
Msport.az “Relevo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Atletik Bilbao”nun müdafiəçisini İnyiqo Martineslə razılaşıb. Yayda azad agent olacaq futbolçu yeni klubuyla iki mövsümlük müqavilə bağlayacaq. 31 yaşlı müdafiəçi “Barsa”ya keçidi Çempionlar Liqasında mübarizə aparmaq üçün son şans kimi görür.
Qeyd edək ki, Martines cari mövsüm “Atletik”in heyətində 13 oyunda iştirak edib və 1 qol vurub. O, həmçinin İspaniya millisinin də üzvüdür.
Royal Türksoy







