İspaniya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
İspaniya Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb. Msport.az xəbər verir ki, yığmanı Luis de la Fuente çalışdıracaq.
O, əvəllər İspaniyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında işləyib. 61 yaşlı mütəxəssis Qətərdəki dünya çempionatı başa çatdıqdan sonra fəaliyyətə başlayacaq.
Luis de La Fuente bu postda dünya çempionatındakı uğursuz nəticələrinə görə istefaya göndərilmiş Luis Enrikeni əvəzləyib. Qeyd edək ki, İspaniya yığması 1\8 finalda Mərakeşə uduzaraq mundialda mübarizəni dayandırıb.
De la Fuentenin rəhbərliyi altında İspaniya yığması 2020-ci ildə Tokio Olimpiya oyunlarının gümüş mükafatçısı olub.







