featured-image-25505

Alvaro Morata İspaniya millisinin yeni kapitanı olub. Msport.az “As”a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Luis de la Fuente məlumat verib.

İspaniya seçməsində kapitanlıq sarğısı komandada daha çox oyun keçirən futbolçuya verilir: “Bu çoxdan qəbul olunmuş kriteriyadır. Mənə bütün oyunçularla işləmək rahatdır. Mən belə kapitanlarla çox sakitəm. İndi kapitanlar Alvaro Morata, Rodri və Dani Karvahaldır”.

Əvvəlki kapitan Serxio Buskets millidəki karyerasını başa vurub. Koke və Jordi Alba isə martdakı oyunlara çağırılmayıblar.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər