İspaniya nəhəngi almaniyalı futbolçunu istəyir
“Barselona” Almaniya millisinin və “Bayer”in müdafiəçisi Conatan Tah üçün hərəkətə keçib.
Msport.az “AS” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalını bu yay heyətinə qatmağı planlaşdırır.
Amma bu transfer “Barselona” üçün asan olmayacaq. Çünki “Bavariya” da Taha görə “Bayer”ə rəsmi təklif göndərib.
Futbolçunun öz qərarı da, keçidə təsir edəcək. O, İspaniyaya yollanaraq “Barselona”nın formasını geyinmək istəyir.
Tahın “Bayer”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.