featured-image-49280

İspaniyanın “Real” klubu klublararası dünya çempionatından imtina edib.

Msport.az xəbər verir ki, bu barədə komandanın italiyalı baş məşqçisi Karlo Ançelotti ölkəsinin mətbuatına müsahibəsində deyib.

Təcrübəli mütəxəssis bildirib ki, “kral klubu” ilə yanaşı, digər komandalar da bu yarışdan imtina edəcək: “Real”ın bu turnirdəki bir matçı 20 milyon avro dəyərindədir. FIFA isə kuboku qazanacaq komandaya cəmi 20 milyon mükafat verir. Bu da xoş deyil”.

Qeyd edək ki, bu il klublararası dünya çempionatı dekabr ayında keçiriləcək. Turnirin son qalibi finalda Braziliya təmsilçisi “Fluminense”yə 4:0 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” komandası olub.

Bənzər xəbərlər