İspaniya Superkubokunun yeri açıqlandı
2026-cı ildə İspaniya Superkubokunun keçiriləcəyi ölkə müəyyənləşib.
Msport.az xəbər verir ki, yarış Səudiyyə Ərəbistanında təşkil olunacaq.
Bu haqda həmin ölkənin futbol federasiyası məlumat yayıb. İspaniya Superkuboku 2026-cı ilin 7-11 yanvar tarixlərində 4 komandanın (“Barselona”, “Real”, “Atletik” və “Atletiko”) iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, 2025-ci ildə də İspaniya Superkuboku Səudiyyə Ərəbistanında təşkil olunub. Həmin turnirin qalibi finalda Madrid “Real”ını 5:2 hesabı ilə məğlub edən “Barselona” olub.