İspaniyada klubunu dəyişdi
İspaniyanın “Sevilya” klubunun futbolçusu Rafa Mir növbəti mövsüm “Valensiya”da çıxış edəcək.
Msport.az xəbər verir ki, söhbət almaq opsiyonu ilə bir mövsümlük icarədən gedir.
Qeyd edək ki, 27 yaşlı ispaniyalı 2021-ci ilin yayında “Vulverhempton”dan “Sevilya”ya keçib. İspaniya klubunun heyətində 105 oyun keçirib, 24 qol vurub və 2 məhsuldar ötürmə edib.