İspaniyada məşhur stadion sökülür
İspaniyanın “Sevilya” klubunun ev oyunlarını keçirdiyi “Ramon Sançes Psixuan” stadionu söküləcək.
Msport.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, idman obyektinin yerində yeni arena tikiləcək.
Bu stadion daha geniş və müasir olacaq, azarkeş tutumu isə 55 min nəfərə çatdırılacaq.
Qeyd edək ki, “Ramon Sançes Psixuan” stadionu 1958-ci ildə istifadəyə verilib.







