featured-image-54041

“Ateltik”dən ayrıldıqdan sonra klubsuz olan İker Munyain karyerasını Argentinada davam etdirəcək.

Msport.az xəbər verir ki, ispan futbolçu “San Lorenso”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi “göy-qırmızılar”la 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, İker Munyain “Atletik”in yetirməsidir. İspaniya millisinin sabiq üzvü peşəkar karyerası ərzində yalnız Bilbao təmsilçisinin formasını geyinib.

Bənzər xəbərlər