featured-image-23150

“Yuventus”un və İspaniya millisinin sabiq hücumçusu Fernando Loryente karyerasını başa vurub.

Msport.az “Goal.com”a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra peşəkar səviyyədə oynamayacaq:

“Mənə artıq hər şey aydındır. Padel (tennisin bir növü- red.) oynayaraq idmanla məşğul olacam”.

Xatırladaq ki, Loryente “Atletik”, “Yuventus”, “Sevilya”, “Tottenhem”, “Napoli” klublarında çıxış edib. Onun son komandası İspaniya “Eybar”ı olub.

Loryente 3 dəfə A seriyasını, iki dəfə isə İtaliya kuboku və Superkubokunu qazanıb. Bir dəfə Avropa Liqasında qalib olub.

Forvard İspaniya yığmasının heyətində 2010-cu ildə dünya, 2012-də isə Avropa çempionatının qızıl medalını qazanıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər