featured-image-40181

Koke İspaniyanın “Atletiko” klubunda 600-cü oyununu keçirib.

Msport.az xəbər verir ki, o, son olaraq La Liqanın XIV turunda “Malyorka”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda iştirak edib.

31 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində bu rəqəmə çatan ilk futbolçudur.

Qeyd edək ki, Koke 2009-cu ildən “Atletiko”nun uğurları üçün çalışır. Təcrübəli oyunçu cari mövsüm 13 matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər