İspaniyalı futbolçu İtaliya klubunda qaldı
“Roma” “Leyptsiq”in müdafiəçisi Anhelinonu rənglərinə bağlayıb.
Msporr xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Transfer məbləği 5,2 milyon avro təşkil edən 27 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, Anhelino ötən mövsümü icarə əsasında Roma komandasında keçirib. İspaniyalı futbolçu 39 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Qeyd edək ki, Anhelino karyerası ərzində “Jirona”, “Mançester Siti”, PSV, “Leyptsiq”, “Hoffenhaym” və “Qalatasaray”da çıxış edib.