İspaniyalı futbolçudan ukraynalı qaçqınlara dəstək
“Osasuna”nın yarımmüdafiəçisi Ruben Qarsiya Polşaya gəlmiş ukraynalı qaçqınlara humanitar yardım edir.
Msport.az xəbər verir ki, ispaniyalı futbolçu bu məqsədlə dünən Varşavaya gedib:
“Qonşum mənə dedi ki, iki dostu ilə Varşavaya tibbi ləvazimatlar, uşaq yeməkləri və körpələr üçün bez aparacaqlar. Futbolçular bəzən həyatdan xəbərsiz kimi yaşayırlar. Amma real dünyadan qopmaq olmaz. Mən fikirləşdim ki, bu işə nəsə köməyim dəyməlidir. Polşadan bizə xəbər elədilər ki, ən çox təlabat uşaq bezlərinə, konservalara, uşaq qidalarına, dərmanlara və tibbi əlcəklərədir. Biz bir maşın paltar da gətirdik. Ancaq dedilər bu, çoxdur. İçi dolu 5 yük maşını ilə gəlmişik”.