İspaniyalı hücumçu Qətər klubunda
İspaniyanın “Betis” klubunun futbolçusu Rodri Sançes karyerasını Qətərdə davam etdirəcək.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu “Əl-Ərəbi”yə keçib.
Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, ispaniyalı forvard La Liqa təmsilçisinin heyətində 127 oyunda 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.