featured-image-36843

İspaniya milli komandasının baqajının bir hissəsi Avropa çempionatının seçmə mərhələsi üçün Tbilisiyə gələrkən itib.

Msport.az xəbər verir ki, baqajların itməsi komandanın Gürcüstana enişindən bir gün sonra aşkarlanıb. Nəticədə, komanda buts və qapıçı əlcəyi olmadan məşq etmək məcburiyyətində qalıb. Çatışmayan baqajın yaxın vaxtlarda çatdırılacağı bildirilir.

AÇ-2024-ün Gürcüstan – İspaniya matçı bu gün saat 20:00-da start götürəcək.

Bənzər xəbərlər