featured-image-38092

Noyabrın 15-də İsrail və İsveçrə milli komandaları arasında 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Oyunun məkanı daha sonra təsdiqlənəcək.

Qeyd edək ki, oktyabrın 8-də UEFA ayın 12-də İsraildə keçirilməli olan oyunun təxirə salındığını açıqlamışdı. Oktyabrın 15-də Priştinada Kosovo və İsrail yığmaları arasında matçın keçirilməsi planlaşdırılır.

Altı turdan sonra isveçrəlilər, rumınlar, belaruslar və andorralıların da yer aldığı I qrupda israillilər 11 xalla üçüncü yerdədir. İsveçrə yığması 14 xalla liderdir.

Bənzər xəbərlər