featured-image-63359

Türkiyə Kubokunun 1/4 final mərhələsinin “Fənərbağça” – “Qalatasaray” oyunu ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülüb.

Msport.az xəbər verir ki, “Ülkər” stadionunda keçiriləcək matç zamanı 30 mindən çox polis əməkdaşı iş başında olacaq.

Daha dəqiq desək, İstanbul derbisində asayişi hüquq mühafizə orqanlarının 30 199 əməkdaşı qoruyacaq.

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də  başlayacaq.

Bənzər xəbərlər