İstanbul derbisinə görə Əhmədlidə kütləvi dava
Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Msport.az xəbər verir ki, hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, davaya səbəb “Fənərbağça” – “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.
Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.
Əhmədli qəsəbəsində baş verən kütləvi dava ilə bağlı təhqiqat araşdırmasına başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar:
“Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək”.