İstanbul klubu kosta-rikalı müdafiəçi ilə maraqlanır
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”da çıxış edən Fransisko Kalvonu transfer edə bilər.
Kosta-Rikadan olan 31 yaşlı müdafiəçinin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.
Qeyd edək ki, o, 2022-ci ildən “Konyaspor”un uğurları üçün çalışır.







