featured-image-54045

“Fənərbaxça”nın müdafiəçisi Brayt Osayi-Samuel zədələnib.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu Nigeriya milli komandasının düşərgəsində ayaq əzələsindən zədə alıb.

Sağ cinah müdafiəçisinin durumunun ciddi olduğu bildirilir. Osayi-Samuelin hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı MRT müayinəsindən sonra bəlli olacaq.

Qeyd edək ki, “Fənərbaxça” Brayt Osayi-Samueli 2021-ci ilin yanvar ayında QPR-dən transfer edib. Müdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Bənzər xəbərlər