İstanbul klubunun legionerinə ölkəsindən təklif
“Fənərbağça”nın hücumçusu Mişi Batşuayi mövsümün sonunda komandadan ayrıla bilər.
Msport xəbər verir ki, belçikalı forvardın karyerasını ölkəsində davam etdirmək ehtimalı var. Bu barədə “voetbalpremieur” nəşri məlumat yayıb.
“Brügge” 30 yaşlı futbolçuya təklif göndərib. Batşuayinin “Fənərbaxça” ilə müqaviləsi yayda başa çatır. Amma İstanbul klubu istəsə, sözləşməni 1 il müddətinə uzada bilər.
Qeyd edək ki, “Fənərbağça” Mişi Batşuayini 2022-ci ilin sentyabr ayında “Çelsi”dən transfer edib. Belçika millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.